AŞF Avropa çempionumuzla vidalaşdı

AŞF Avropa çempionumuzla vidalaşdı
Qrossmeyster Arkadi Naydiçlə Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Fanat.Az xəbər verir ki, bu barədə AŞF-in mətbuat xidməti məlumat yayıb. 
 
Federasiya beş il kişi şahmatçılardan ibarət milli komandada çıxış edən qrossmeysterə təşəkkür edib və gələcək karyerasında uğur arzulayıb.
Qeyd edək ki, Arkadi Naydiç 2017-ci ildə Azərbaycan yığmasının heyətində komandalar arasında Avropa çempionatında qızıl medal qazanıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər