Asensio ilə Ançelotti arasında gərginlik

Asensio ilə Ançelotti arasında gərginlik

"Real Madrid"in yarımmüdafiəçisi Marko Asensio "Barselona"ya keçə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 

Xəbərə görə, futbolçunun baş məşqçisi Karlo Ançelotti ilə münasibəti pozulub. Asensio çalışdırıcının ona az şans verməsinə etiraz edib. 

Marko "Real"ın La Liqanın son turunda "Betis"ə (0:0) qarşı matçında da meydana çıxmayıb. 

Qeyd edək ki, İspaniya millisinin 27 yaşlı üzvü 2015-ci ildən "Real Madrid"də çıxış edir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər