Aşağı dəstədə hakimi döyüb meydandan qovdular - VİDEO

Aşağı dəstədə hakimi döyüb meydandan qovdular - VİDEO
Bolqarıstan çempionatının 4-cü divizionunda X turun "Kostinbrod" - "Tornado" matçında maraqlı hadisə baş verib.
Fanat.Az xəbər verir ki, baş hakim Vasil Tsoklinov "Tornado"da çıxış edən Bolqarıstan millisinin keçmiş üzvü Kaloyan Karacinova, qərarına etiraz etdiyi üçün sarı vərəqə göstərib.
Qonaq komandanın kapitanı Georgi Georgiyev qarşıdurmaya müdaxilə edib və vərəqəni referidən almağa çalışıb. Daha sonra hər iki futbolçu baş hakimi yumruqla hədələyib və onu qovmağa başlayıb. Tsoklinov paytardəyişmə otağına qaçıb.
O, meydanın kənarına çatdıqda oyunu bitirmək üçün fit çalıb. Lakin o, paltardəyişmə otağında tapılacağını anlayaraq, stadion hüdudlarından kənara qaçıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər