"Artıq finaldayıq, bundan zövq almalıyıq"

"Artıq finaldayıq, bundan zövq almalıyıq"

Çempionlar Liqasının dünən baş tutan yarımfinal oyunundan sonra "Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner açıqlama verib.

 

 

 

Fanat.Az-ın məlumatına görə, evdə 5:2 hesabıyla məğlub etdikləri "Roma”ya səfərdə 2:4 hesabıyla uduzaraq finala yüksələn İngiltərə təmsilçisinin üzvü belə deyib: "Nə deyəcəyimi bilmirəm. Hər situasiyanı daha maraqlı vəziyyətə gətirməyi çox yaxşı bacarırıq. Ümumilikdə, yaxşı oynadıq, ancaq oyuna daha da yaxşı formada nəzarət edə bilərdik. Çempionlar Liqasında finala çıxmaq asan deyil. Buradək bir neçə güclü komandanı mübarizədən kənarlaşdırmışıq. Artıq finaldayıq, bundan zövq almalıyıq, ancaq çox uzatmaq olmaz, çünki irəlidə daha vacib oyunumuz var”.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər