Arteta Pepe barədə şayiələrə aydınlıq gətirdi

Arteta Pepe barədə şayiələrə aydınlıq gətirdi

"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubun hücumçusu Nikola Pepe ilə klubdakı gələcəyi ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis "Goal" saytına açıqlamasında onun gedəcəyi ilə bağlı şayiələrə aydınlıq gətirib:

“Biz Nikola üçün təklifləri nəzərdən keçirməyəcəyik. İndi bu barədə danışmaq üçün əlverişli vaxt deyil. Bizə bu futbolçu və onun oynaya biləcəyi səviyyə lazımdır. Klubda işlədiyim müddətdə Pepe gözəl oyunlar keçirib. Amma bəzən hamı kimi o da heyətə düşmürdü".

Xatırladaq ki, Kot-d'İvuar millisinin 26 yaşlı üzvü 2019-cu ildən "topçular"ın şərəfini qoruyur. 67 oyunda forma geyinmək şansı qazanan forvard 15 qola imza atıb. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər