"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının İngiltərə Premyer Liqasının 35-ci turunda səfərdə "Vest Hem" üzərində qazandığı qələbəni (2:1) "çirkin qələbə" adlandırıb.
Fanat.Az xəbər verir ki, "The Independent" 40 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"İngiliscə belə bir söz var: "çirkin qələbə"... Biz bu gün çirkin qələbə qazandıq! Bu, çox çətin şəraitdə böyük əhəmiyyət kəsb edən bir qələbə idi. Çünki biz hər şeyi özümüz üçün çətinləşdirdik, xüsusən də meydanda qəbul etdiyimiz qərarlarla. Eyni zamanda, komanda xarakter nümayiş etdirdi, təslim olmadı və düzgün olanı etdi".
Emin