"Aris" rəsmisi rusdilli azarkeşlərə qucaq açmalarından danışdı

"Aris" rəsmisi rusdilli azarkeşlərə qucaq açmalarından danışdı

Kiprin "Aris" klubunun rəhbərliyi niyə rusdilli azarkeşlərə diqqət yetirdiklərini izah edib.

Fanat.Az xəbər verir ki, klubun marketinq direktoru Aleksey Dozortsev "Çempionat" saytına rusdilli pərəstişkarların sayının artırılmasını belə izah edib:

“Biz klubumuzun azarkeşlərinin sıralarına yeni auditoriya cəlb etmək istəyirik. Bunlar rusdilli icmanın əcnəbiləridir: ruslar, belaruslar, ukraynalılar, qazaxlar, latışlar, ermənilər, azərbaycanlılar - hər kəs. Burada rus dilində danışan bütün ölkələrdən adamlar var. Yerli klubların heç biri onlara əhəmiyyət verməyib. Baxmayaraq ki, Limassol ən böyük rusdilli icmaya malikdir. Onlar burada tək, ailələri ilə yaşayırlar, buraya pul qazanmaq, nəvələri ilə yaşamaq, təqaüdə çıxıb dincəlmək, məktəblərdə, universitetlərdə oxumaq üçün gəliblər. Burada yaşayan insanlar üçün tam olaraq eyni keyfiyyətli məhsul yaradırıq.

Bu, cəlb edilməsi çox çətin olan auditoriyadır. İqtisadi baxımdan belə bir azarkeşi cəlb etmək çox baha başa gəlir. Amma belə tamaşaçılar hamının arzusudur... Biz başa düşdük ki, bu azarkeşlər olduqca müxtəlifdir. Bunlar İT şirkətlərinin işçiləri, xidmət sektorunun, tikinti və digər yerlərin əməkdaşlarıdır. Onların hər birinə diqqətlə yanaşmaq lazımdır. Onların bir çoxu heç vaxt futbola baxmağa getməyib və ümumiyyətlə, bu idman növü ilə maraqlanmayıb. "Aris" onların həyatlarında ilk komanda oldu və indi onlar bizimlə olacaqlar, stadiona gəlib azarkeşlik edəcəklər".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər