Argentinanın əfsanəsini 15 ilə qədər həbs gözləyir

Argentinanın əfsanəsini 15 ilə qədər həbs gözləyir

Argentina millisinin sabiq hücumçusu Klaudio Kanica 15 ilə qədər müddətdə həbs oluna bilər.

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, o, keçmiş həyat yoldaşı Mariana Nannisə qarşı təcavüzdə ittiham olunur.

56 yaşlı argentinalının vəkilləri məhkəmə prosesini dayandırmağa çalışsalar da, Argentina Apellyasiya Məhkəməsi onların arqumentlərini rədd edib. 

Nannis iddia edib ki, Kanica onu vurub və polisə gedəcəiyi təqdirdə, öldürməklə hədələyib. Keçmiş futbolçunun günahı sübuta yetirilərsə, onu 15 ilə qədər həbs cəzası gözləyir. 

Kanica bütün ittihamları rədd edir. Ona iyun ayından Argentinanı tərk etmək qadağan edilib.

Üç övladı olan Kanica və Nannis 2019-cu ilin iyulunda boşanıblar.

Klaudio Kanica klub səviyyəsində İtaliyanın "Verona", "Atalanta", "Roma", Şotlandiya "Reyncers"i və "Dandi Yunayted"i, eləcə də Portuqaliyanın "Benfika" komandasında oynayıb. Argentina millisinin tərkibində isə o, 50 oyun keçirib, 16 qol vurub, DÇ-1990-da vitse-çempion, Amerika Kubokunun (1991) və Konfederasiyalar Kubokunun (1992) qalibi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər