Argentinalı hücumçu "Zenit"də - RƏSMİ

Argentinalı hücumçu "Zenit"də - RƏSMİ

"Argentinos Xuniors"un hücumçusu Lusiano Qondu karyerasını karyerasını Rusiyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 23 yaşlı forvard "Zenit"ə keçib.

Məlumatı Sankt-Peterburq klubunun rəsmi saytı yayıb. 

Qondu ilə 4+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm "Argentinos Xuniors"un heyətində 21 matça çıxan ön xətt oyunçusu 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər