"Araz Saatlı" üçün 10 ton qum, 30 ton rezin qırıntısı - Nəticə dəyişəcək? 

"Araz Saatlı" üçün 10 ton qum, 30 ton rezin qırıntısı - Nəticə dəyişəcək? 

Saatlı Olimpiya İdman Kompleksinin ot örtüyü ilə əlaqədar təmir işləri gedir.

Fanat.Az-ın məlumatına görə, "pambıqçılar"ın ev oyunlarını keçirdikləri məkanın sintetik ot örtüyünün normal hala gəlməsi üçün Gənclər və İdman Nazirliyinin göstərişi ilə dünəndən etibarən çalışmalara start verilib.

Süni ot örtüyünün bərpası üçün meydana 10 ton qum və 30 ton rezin qırıntısı töküləcək.

Qeyd edək ki, klub bu arenada iki ev matçına çıxıb. Meydan sahibləri ilk turda "İmişli"yə 0:3, üçüncü turda isə "Mingəçevir"ə  0:2 hesablı məğlub olmuşdurlar.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər