Araz Abdullayevin komandasında koronavirus şoku

Araz Abdullayevin komandasında koronavirus şoku
Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa 6 yoluxma halı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, yoluxanlardan üçü futbolçu, digərləri isə Bolu təmsilçisinin işçiləridir. Klub həmin şəxslərin müalicəsinə başlanıldığını bildiriib.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 11-də Sloveniya ilə yoldaşlıq, noyabrın 14-də və 17-də müvafiq olaraq Monteneqro ilə Lüksemburq yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları keçirəcək. Hələlik millinin heyəti açıqlanmadığından, Araz Abdullayevin qarşıdakı görüşlərə çağırılıb-çağırılmayacağı bilinmir.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər