Futbol üzrə Kipr çempionatında 8-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə AEK-ə (Larnaka) 0:1 hesabıyla uduzub. Start "11-lik"də yer alan Araz fasilədə əvəzlənib. Həmyerlimiz 30-cu dəqiqədə sarı vərəqə alıb. 8 tura cəmi 2 xal toplayan “Etnikos” turnir cədvəlində 12 kollektiv arasında sonuncudur.
Nihat