Türkiyə 1-ci liqasında 34-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, son vaxtlar Azərbaycan yığmasına çağırılmayan Araz Abdullayevin komandası - "Boluspor” da növbəti matçına çıxıb.
Bolu təmsilçisi "Əskişəhərspor”u qəbul edib və 3:0 hesablı qələbəyə sevinib.
Araz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının iki qolunu da Abdullayev vurub. O, 17 və 56-cı dəqiqələrdə fərqlənib.
34 oyundan sonra hesabında 42 xalı olan "Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
Fanat.Az