"Mançester Yunayted" və "Çelsi" "Barselona"nın mərkəz müdafiəçisi uğrunda mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
"Barselona" və futbolçusu Ronald Arauxo yeni müqavilənin şərtləri ilə bağlı hələ də razılığa gəlməyib.
22 yaşlı uruqvaylı Kataloniya klubu ilə müqaviləsini uzatmaq istəyir. Premyer Liqa klublarından təklif aldığı üçün maaş artımına da ümid edir.
Futbolçu ilə "Çelsi" və "Mançester Yunayted"in maraqlandığı bildirilir. Hər iki klub Arauxonun vəziyyətindən xəbərdardır və artıq futbolçu üçün təklif hazırlayıblar. Ronald "Barselona"dan tələb etdiyi məbləği ala bilməsə, Premyer Liqanı seçəcək.
Qeyd edək ki, bu mövsüm Arauxo La Liqada 15 matçda meydana çıxıb və 2 qol vurub.
Emin