Aqueronun canlı yayımda halı pisləşdi

Aqueronun canlı yayımda halı pisləşdi

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero canlı yayım zamanı mini aritmiya (ürəyin normal ritminin pozulması - red.) keçirib.

Fanat.Az xəbər verir ki, verilişin aparıcısı ilə söhbət zamanı Aqueronun halı pisləşib.

Əlini ürəyinin üstünə qoyaraq susan Aquero müəyyən pauzanın ardından səhhətində problem yarandığını deyib. Futbolçu həkim müayinəsindən sonra aritmiya keçirdiyini, lakin hər şeyin qaydasında olduğunu bildirib.

Qeyd edək ki, Serxionun son klubu "Barselona" olub. O, 2021-ci ilin yayında Kataloniya təmsilçisinə keçib və dörd ay sonra məhz ürəyində yaranan problem üzündən karyerasını bitirmək məcburiyyətində qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər