Aquero heç kimin bacarmadığını etdi

Aquero heç kimin bacarmadığını etdi

İngiltərə Premyer Liqasının 21-ci turunda "Mançester Siti” öz meydanında "Liverpul”u 2:1 hesabıyla yenib.

  

Fanat.Az xəbər verir ki, matçın 40-cı dəqiqəsində "şəhərlilər”i hesabda 1:0 önə keçirən qolun müəllifi olan Serxio Aquero, karyerası ərzində ölkə çempionatlarında 250-ci qolunu vurub.

 

O, "Atletiko” formasıyla 74, "Mançester Siti”də 153, Argentinanın "İndependyente” klubunda isə 23 qol vurub. Bu qol, həm də Premyer Liqa tarixində ilk olub. "Mançester Siti”nin son 7 ev oyununda fərqlənən Aquero, Premyer Liqa tarixində ardıcıl 7 ev oyununda rəqib qapıçıları məyus edən ilk futbolçu adına sahib çıxıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər