AÇ: Qızlar mübarizəyə qoşulur

AÇ: Qızlar mübarizəyə qoşulur

Tiranada (Albaniya) güləş üzrə yeniyetmələr arasında (U-17) Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilər xalça üzərinə çıxacaqlar.

Azərbaycanı bu yarışda Səadət Quliyeva (43 kq), Esra Məmmədli (46 kq), Gülər ​​Həbibova (53 kq), Ruzanna Məmmədova (57 kq) və Günay Qurbanova (61 kq) təmsil edirlər.

Axşam saatlarında isə Turan Daşdəmirov (45 kq) qızıl, Əli Seyidəlili (51 kq) isə bürünc uğrunda mübarizə aparacaq. Həmçinin Nurlan İbadzadə (60 kq) və Mikayıl İsmayılov (92 kq) təsəlliverici görüşlərə qatılacaqlar. 

Hazırda Azərbaycanın dörd bürünc medalı var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər