AÇ: Qadın güləşçilər mübarizəyə qoşulur

AÇ: Qadın güləşçilər mübarizəyə qoşulur

Rumıniyanın paytaxtı Buxarestdə U-23 Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün qadın güləşçilər mübarizəyə qoşulacaq. İlk olaraq Azərbaycanın üç güləşçisi yarışda qüvvəsini sınayacaq.

50 kq Təsnifat mərhələsi Şəhanə Nəzərova - Mariya Leorda (Moldova)

55 kq Təsnifat mərhələsi Elnurə Məmmədova - Angelika Mitkovska (Polşa)

Təsnifat mərhələsi Nigar Mirzəzadə - Suzanna Molnar (Slovakiya)

Bu gün həmçinin üç yunan-Roma güləşçimiz - Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (87 kq) final görüşünə çıxacaq. 

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) gümüş medal qazanıb. Avropa çempionatına martın 19-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər