APOEL hücumçusunu göndərdi

APOEL hücumçusunu göndərdi
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan APOEL bir futbolçusu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, Minas Antoniu Nikosiya təmsilçisi ilə vidalaşıb. Hücumçu ilin ilk 6 ayını icarə əsasında "Paralimniu"da keçirib. Yeni baş məşqçi Tomas Doll 25 yaşlı futbolçunun xidmətinə ehtiyac duymayıb. Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 
Qeyd edək ki, Minas Antoniu APOEL-ə 2017-ci ilin yayında "Aris"dən keçmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər