"Barselona"nın vingeri, 2023/2024 mövsümünü icarə əsasında İngiltərənin "Brayton" klubunda keçirən Ansu Fati gələcək planları barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun sözlərini belə çatdırıb:
"Mənim planlarım bəllidir: "Barselona"da uğur qazanmaq istəyirəm".
Xatırladaq ki, Fati son mövsümdə "Brayton" forması 30 matça çıxaraq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.
Nihat