Ansi Aqolli: "Bu barədə heç düşünməmişəm"

Ansi Aqolli: "Bu barədə heç düşünməmişəm"
"Albanlara ilk dəfə rəqib olurdum. Bu, həyəcanverici hadisə idi. Qarışıq hisslər keçirirdim, əvvəllər sınamamışdım. Matçdan əvvəl mənə qəribə gəlirdi, ancaq start fitindən sonra hər şey yoluna düşdü".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli deyib.
Ölkəsinin mətbuatına müsahibə verən futbolçu "Kukesi" ilə Çempionlar Liqasıın II təsnifat mərələsində keçirdikləri ilk oyundan (0:0) danışıb: "Gözlədiyim kimi, kompakt oyun göstərən komanda təsiri bağışladı. Ümumiyyətlə, II təsnifat mərhələsində zəif rəqib olmur. Çətinliklərlə üzləşməli olursan. Yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağımızı bilirdik. İndi evdə bizi daha bir 90 dəqiqəlik mübarizə gözləyir. 0:0 hesabı təcrübə baxımından pis deyil. Ancaq öz meydanımızda daha diqqətli olmalıyıq. Çünki belə kompakt oynayan rəqib bizi cəzalandırmağa çalışacaq".
Aqolli "Qələbə qazansanız, bunu qeyd edəcəksiniz" sualına belə cavab verib: "Mənim üçün həyəcanlı oyun olacaq. Bu barədə heç düşünməmişəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər