İtaliya Kubokunun 1/16 finalında Andrey Şevçenkonun çalışdırdığı "Cenoa" "Salernitana"nı qəbul edib və 1:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.
Fanat.Az xəbər verir ki, bu, Şevçenkonun rəhbərliyi altında Genuya təmsilçisinin ilk qələbəsi olub.
"Cenoa" növbəti mərhələdə "Milan"la üz-üzə gələcək. Oyun yanvarın 12-də keçiriləcək.
Qeyd edək ki, Ukrayna millisini Avro-2020-nin 1/4 finalına daşıyan Şeva avqustun 1-də postunu tərk edib. O, noyabrın 7-dən "Cenoa"nın baş məşqçisidir.
Nihat