“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti yenidən Xames Rodrigesi sərəncamında görmək istəyir. Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı italyan Münhen klubunun rəhbərliyindən yayda kolumbiyalını transfer etmələrini xahiş edib.
Madrid klubunda arzuladığı qədər forma şansı qazanmayan Xamesin xidmətində “Mançester Yunayted”, “Çelsi” və “Yuventus” da maraqlıdı. “Real”ın isə onu 2014-cü ildə “Monako”dan alan zaman xərclədiyi 80 milyon avronu geri qaytarmaq istədiyi bəllidi. Hərçənd “Bavariya” rəhbərliyi bu məbləğdə xərcə düşmək fikrindən uzaqdı.
Fanat.Az