Ançelottidən Toni Kroos açıqlaması

Ançelottidən Toni Kroos açıqlaması

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Toni Kroosun komandadakı gələcəyi ilə bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, o, bu barədə insayder Fabritsio Romano ilə söhbəti zamanı mövzü açıb. 

"Toni Kroosun karyerasını "Real Madrid"də bitirəcəyini gözləyirəm. Kroos komandanın əfsanəsidir. O, yüksək səviyyəli oyunçudur. Yeni sözləşmə gözləyirəm. Onun karyerasını "Real"da bitirəcəyini düşünürəm". 

Qeyd edək ki, 33 yaşlı almaniyalı futbolçu 2014-cü ildən kral klubunun şərəfini qoruyur. 254 oyunda meydana çıxan Toni 20 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər