Ançelotti üsyan etdi: "Böyük problemlərimiz olacaq"

Ançelotti üsyan etdi: "Böyük problemlərimiz olacaq"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti futbol məmurlarına oyunların sayının azaldılması ilə bağlı müraciət edib.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis Çempionlar Liqasının Liqa mərhələsində bu gün "Ştutqart"a qarşı keçirəcəkləri matçdan öncə təşkil edilən mətbuat konfransında belə danışıb:

"Təqvim çox sıxdır. İndi Çempionlar Liqası yeni formatda keçirilir və heç kim hər şeyin necə olacağını bilmir. Amma reallıq budur ki, biz iki oyun daha çox keçirməliyik. Futbol qurumlarında rəhbər vəzifələri tutanlar zədə alan futbolçular barədə düşünməsələr, böyük problemlərimiz olacaq. Onlardan dayanmağı və oyun sayını azaltmağı xahiş edirəm. Bu, yarışları daha cəlbedici turnirə çevirmək üçün olduqca vacibdir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər