"Real Madrid”in baş məşqçisi Karlo Ançelotti İskonun mövsümün sonunda komandadan ayrılacağını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı İspaniya çempionatının 38-ci turunun “Betis”lə oyunundan (0:0) sonra jurnalistin ona ünvanladığı sualı belə cavablandırıb: “İskonun karyerasının “Real” bölümü başa çatıb. Bu, əla karyera idi”. İsko 2013-cü ilin iyulunda “Real”a transfer olunub. 30 yaşlı futbolçu son mövsümdə İspaniya nəhənginin formasıyla çıxdığı 17 oyunda 2 qol vurub. Onun “Real”la olan müqaviləsinin müddəti bu yay bitəcək. Nihat