"Ançelotti ilə danışmırıq" - Eden Hazar qərarını açıqladı

"Ançelotti ilə danışmırıq" - Eden Hazar qərarını açıqladı

"Real Madrid"in hücumçusu Eden Hazar komandanın baş məşqçisi Karlo Ançelotti ilə münasibətlərindən və gələcəklə bağlı planlarından danışıb.

Fanat.Az xəbər verir ki, RTBF onun dediklərini belə çatdırıb:

"Yalnız futbol haqda düşünürəm. Bu üzdən getmək qərarına gəlməmişəm. Ürəyimin dərinliyində düşünürəm ki, komandaya fayda verə bilərəm. "Real"ın uğurlarında pay sahibi olsam, azarkeşlər mənə yenidən inanacaqlar. Belədə, məni siyahıdan silməyə tələsdiklərini anlayacaqlar.

Ançelotti ilə söhbət etdiyimizi desəm, yalan olar. Danışmırıq, amma aramızda qarşılıqlı hörmət var. Məsələn, mənə növbəti oyunda şans verməsə də, bu qədər uğur qazanmış oğlana - Karlo Ançelottiyə hörmət etməliyəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər