Ançelotti darmadağını şərh etdi: "Mənim günahımdır"

Ançelotti darmadağını şərh etdi: "Mənim günahımdır"

İspaniya La Liqasında 29-cu turunda "El Klasiko" baş tutub. 

Fanat.Az xəbər verir ki, "Real Madrid" öz meydanında "Barselona"ya 0:4 hesabı ilə məğlub olub.

Matçdan sonra keçirilən mətbuat konfransında "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti məğlubiyyəti şərh edib: 

“Komanda özünə bənzəmirdi. Başlanğıc yaxşı idi. Amma ilk qolu buraxdıqdan sonra oyuna nəzarəti itirdik.

Onlar bizim səhvlərimizdən istifadə edib qollar vurdular. Fasilədə futbolçulardan çox hücum etməyi istədim. Amma qol vurmaq alınmadı, müdafiədə problemlər yarandı. İkinci hissənin əvvəllərində iki qol buraxdıq.

Azarkeşlər bizdən hər zaman qələbə gözləyir. Bu gün biz uduzduq, amma çempionatda liderliyimiz davam edir. Sakitliyimizi qorumalıyıq. Bu məğlubiyyəti dramatikləşdirməməliyik. Qarşıdakı iki həftədə yaxşı dincəlib, oyunlara hazırlaşmalıyıq. Bugünkü məğlubiyyət mənim – məşqçinin günahı ucbatındandır”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər