Ançelotti Benzemanı göylərə qaldırdı

Ançelotti Benzemanı göylərə qaldırdı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti UEFA Superkuboku uğrunda matçda qazandıqları qələbədən (2:0) sonra UEFA-nın saytına açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, italiyalı mütəxəssis belə danışıb:

"David Alabanın vurduğu ilk qoldan sonra oyuna nəzarət etməyə başladıq. Ardıcıl üçüncü finaldır ki, qol buraxmırıq. Bu fakt mənim üçün xüsusidir. Paltardəyişmə otağında məşqçilik karyeram ərzində gördüyüm ən yaxşı ab-havaya şahidlik edirəm. Futbolçularım çox ağıllıdırlar. Kərim Benzema isə yalnız "Real"ın yox, dünyanın ən vacib oyunçusudur. Onun oyunu, qolları bizim üçün həyat əhəmiyyətlidir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər