Amit Quluzadə Avstriya klubunda - RƏSMİ

Amit Quluzadə Avstriya klubunda - RƏSMİ

Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadə karyerasını Avstriyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ATSV Stadl-Paura" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Region Liqası təmsilçisi Quluzadə ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Amit Quluzadə daha əvvəl “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo), “Çelik”də (Bosniya və Hersoqovina) və "Milsami"də (Moldova) çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər