Almanlar Məsut Özili geri çağırır

Almanlar Məsut Özili geri çağırır
Almaniya millisindəki çıxışını başa vurduğunu açıqlayan Məsut Özilə yığmadakı komanda yoldaşı çağırış edib.
Fanat.Az xəbər verir ki, "Leypsiq"in formasını geyinən Timo Verner türk əsilli futbolçunu geri dönməyə çağırıb.
"Məsut Özilin yığmadan belə ayrılması böyük ayıbdır. Geri dönsə, komandanın böyük əksəriyyəti xoşbəxt olacaq. O, komandada böyük fərq yarada biləcək futbolçudur" deyə Verner bildirib.
Qeyd edək ki, "DÇ-2018"dən sonra irqçi hücumlara məruz qalan Məsut Özil milli karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər