Almaniyada koronavirus pandemiyasının geniş yayılması səbəbindən Bundesliqa və II Bundesliqada çıxış edən klublar sərt karantin rejimi altına alınacaqlar.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, mayın 3-dən oyunçular və məşqçi heyəti yalnız evdə, məşq bazasında və stadionlarda olacaqlar. Onlar koronavirus testindən keçdikdən sonra mayın 12-də karantin düşərgəsinə yollanacaqlar. Orada futbolçu və məşqçilərin yalnız bir-biriləri ilə ünsiyyətdə olmasına icazə veriləcək. Bu müddət mayın 23-də başa çatacaq.
Qeyd edək ki, Almaniyada son 1 gündə koronavirusa 29.518 yoluxma qeydə alınıb və 259 nəfər ölüb.
Fanat.Az