"Bayern Münhen"in vingeri Serj Qnabri zədələnərək uzun müddətə sıradan çıxıb.
Fanat.Az "Sport1"-ə istinadən xəbər verir ki, 28 yaşlı alman futbolçu Frankfurt "Ayntraxt"ı ilə qarşılaşmada (1:5) meydanda cəmi 5 dəqiqə keçirə bilib, bundan sonra əvəzlənib.
Mənbənin məlumatına görə, Almaniya nəhəngi qarşıdakı iki-üç ayı Qnabrisiz keçirməli olacaq.
Qnabri 2023/24 mövsümündə Münhen klubunun heyətində bütün turnirlərdə 11 oyun keçirərək 1 qol vurmağı bacarıb.
Mirağa