Almaniya - İsrail matçında insident

Almaniya - İsrail matçında insident

Şənbə günü "Hoffenhaym" stadionunda keçirilən Almaniya - İsrail yoldaşlıq görüşündə insident yaşanıb.

Fanat.Az Almaniyanın "Sport1" telekanalına istinadən xəbər verir ki, tribunada bir tamaşaçı nasist salamı verdiyi üçün tribunadan atılıb. 

Mannhaym polisi həmin şəxsin kimliyini müəyyən edib və araşdırmalara başlayıb. O, Almaniyanın bütün stadionlarından ömürlük uzaqlaşdırılmaq cəzasına məhkum edilməklə yanaşı, təxribatçını cərimə və ya həbs gözləyir.

Qeyd edək ki, Almaniya İsraili 2:0 hesabı ilə məğlub edib. Qolları Kay Havertz və Timo Verner vurub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər