"İnter"in hücumçusu Aleksis Sançes karyerasını Argentinada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, 35 yaşlı futbolçu "neradzurri" ilə iyunda başa çatacaq hazırkı müqaviləsini uzatmaq fikrində deyil. Çilili forvard ilə "River Pleyt" yaxından maraqlanır. Argentina klubu futbolçunu azad agent kimi transfer etmək istəyir. Tərəflərin artıq şifahi razılığa gəldiyi bildirilir.
Aleksis Sançes bu mövsüm "İnter"in heyətində 27 matçda iştirak edib. O, bu görüşlərdə 4 qol vurub və üç məhsuldar ötürmə verib.
Mirağa