Aleksis Sançes "İnter" dən ayrılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "Tvitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, 33 yaşlı çilili hücumçu ilə Milan klubu arasında müqavilənin vaxtından əvvəl pozulması üçün sənədlər imzalanıb.
Aleksis bu həftə Fransaya gedəcək və "Olimpik Marsel"lə 2 illik müqavilə imzalayacaq.