Futbol üzrə Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov Moskva “Lokomotiv”indən ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.
"Championat"a danışan əslən azərbaycanlı veteran gənclər komandasının baş seleksiyaçısı vəzifəsindən uzaqlaşdığını bildirib. O, əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib.
Qeyd edək ki, 38 yaşlı mütəxəssis bu posta 2021-ci ilin yanvarında təyinat almışdı.