Alan Şirer Stiv Brüsə təşəkkür etdi

Alan Şirer Stiv Brüsə təşəkkür etdi

"Nyukasl"ın sabiq hücumçusu Alan Şirer (Alan Shearer) Stiv Brüsün (Steve Bruce) komandanın baş məşqçisi postundan uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu barədə şəxsi "Twitter" səhifəsində paylaşım edib:

Son 14 ilin məşqçilər üçün "Nyukasl"da nə qədər çətin keçdiyini təxmin edirəm. Stiv və onun ailəsinin bu problemi həll etməsini nə qədər istədiyini də bilirəm. Hər kəs üçün çətin şəraitdə "Nyukasl"ı iki mövsüm Premyer Liqada saxlamağı bacardı. Səylərinə və fədakarlığına görə sənə təşəkkür edirəm, Stiv!"

Xatırladaq ki, "Nyukasl" hazırda İPL-in turnir cədvəlində 3 xalla 19-cu pillədədir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər