Alabaya Səudiyyə Ərəbistanından təklif var

Alabaya Səudiyyə Ərəbistanından təklif var

"Real Madrid"in futbolçusu David Alaba karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb. 

Xəbərə görə, Alabanın xidmətində "Əl-İttihad" maraqlıdır. Mənbə sözügedən klubun avstriyalı müdafiəçiyə illik 20 milyon avro maaş ödəməyə hazır olduğunu bildirib. 

Alaba "Real"a ötən ilin yayında "Bayern Münhen"dən keçib. Almaniya nəhəngindən azad agent qismində ayrılan arxa xətt oyunçusu Madrid təmsilçisi ilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Sabiq "Real"lı Kərim Benzema  hazırda "Əl-İttihad"da çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər