Alaba Madridi Səudiyyə Ərəbistanına dəyişəcək?

Alaba Madridi Səudiyyə Ərəbistanına dəyişəcək?

"Real Madrid"in avstriyalı müdafiəçisi David Alaba "kral klubu"nu tərk edə bilər.

Fanat.Az "Relevo" da istinadən xəbər verir ki, daha əvvəl Benzemanı heyətinə qatan "Əl-İttihad", bu dəfə Alabanın xidmətində maraqlıdır.

Mənbə bildirir ki, bu mövsüm əvvəlki formasından uzaq olan futbolçunun təklifi illik 20 milyon avrodur. 

Qeyd edək ki, Alaba bu mövsüm Madrid klubunun heyətində 16 matçda sadəcə iki məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər