AL-də həftənin ən yaxşısı bəllidi

AL-də həftənin ən yaxşısı bəllidi

Avropa Liqasında (AL) həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

 

Fanat.Az xəbər verir ki, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Manuel Fernandeş digərlərindən çox səs toplayıb. Respondetlərin 73%-i portuqaliyalını ən yaxşı sayıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan "Nitsa" – "Lokomotiv” oyununda(2:3) het-trik edən Fernandeş iki rəqibini qabaqlayıb. O, Dortmund "Borussiya"sının hücumçusu Mişi Batşuayini (11 faiz) və "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özili (10 faiz ) böyük fərqlə üstələyib.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər