"Aimchess Rapid": Məmmədyarov ilk final görüşündə məğlub oldu

"Aimchess Rapid": Məmmədyarov ilk final görüşündə məğlub oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşüb.

Dörd partiya davam edən qarşılaşma polşalı şahmatçının qələbəsi ilə başa çatıb - 3:1.

İkinci final görüşü sabah - oktyabrın 21-də olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər