Aftandil Hacıyev: "Favorit seçmək çətindir"

Aftandil Hacıyev: "Favorit seçmək çətindir"

Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" öz meydanında Çexiyanın "Viktoriya" klubunu qəbul edəcək.

2007-ci ildən 2011-ci ilə qədər "Qarabağ"ın şərəfini qorumuş sabiq müdafiəçi Aftandil Hacıyev Fanat.Az-a açıqlamasında matçla bağlı gözləntilərini bölüşüb:

"Pley-offda asan rəqib olmur. Komandalar artıq bir dəfə qarşılaşıblar. O zaman "Qarabağ" "Viktoriya" ilə oyunda çətinlik çəkmişdi. Bu gün isə Ağdam təmsilçisi tamamilə fərqli komandadır. "Qartabağ"ın oyununda kifayət qədər artım var. Sabah çox maraqlı oyun olacaq. Rəqibin də statistikası qarşılaşmaya əlavə maraq qatır. Hər iki rəqib bir-biri üçün uyğundur. Bu mübarizədə favorit seçmək də çətindir. Çempionlar Liqası oyununda ən xırda səhv komandaya baha başa gələ bilər. Düşünürəm ki, ən az səhv edən komanda növbəti mərhələyə adlayacaq. Hər iki klub ehtiyatlı davranacaq. Amma bilirik ki, "Qarabağ" hücum etməyə meyilli komandadır". 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər