Aftandil Hacıyev: "Bir xal bizim üçün yaxşı nəticə olardı"

Aftandil Hacıyev: "Bir xal bizim üçün yaxşı nəticə olardı"

"Birinci dövrədə "Qarabağ”a böyük hesabla uduzmuşduq. Bu gün isə hər iki komanda qələbə qazana bilərdi. İlk hissədə qol epizodlarımız olsa da, son ötürmələrdə dəqiqlik çatmadı. Əlbəttə, qeyri-dəqiqlik bizi narahat edir. Amma "Qarabağ" kimi rəqibə qarşı belə mübarizə aparmaq müsbət haldı. İkinci dövrədə xal qazana bilmirik və bu, bizi razı sala bilməz. Artıq bu oyunu unutmalı, növbəti görüşü düşünməliyik".

Fanat.Az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın IX turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə yenildikləri matçdan sonra düzənlənən ənənəvi mətbuat konfransında deyib.

Hacıyev rəqibin səviyyəsini qabardıb: "Bir xal bizim üçün yaxşı olardı. Çalışdıq, əziyyət çəkdik. "Qarabağ"ı tək biz yox, digər komandalar da məğlub edə bilmir. Bu, rəqibin səviyyəsindən xəbər verir".

Məşqçi hücumçusu Mirabdulla Abbasov barədə də danışıb: "Onu taktiki gedişə görə start heyətdə meydana buraxmadıq. "Qarabağ"ın hücumlarının qarşısında tab gətirmək Maykl Essyen üçün də çətin idi".

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər