Afrikada Əlcəzair - Seneqal finalı olacaq

Afrikada Əlcəzair - Seneqal finalı olacaq

Afrika Millətlər Kubokunda yarımfinal oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

Əlcəzair və Niger yığmalarının oyununda meydan sahibləri darmadağına seviniblər. Seneqal millisi isə Madaqaskarı tək qolla üstələyib.

Beləliklə, finalda Əlcəzair və Seneqal yığmaları qarşılaşacaqlar. Bu oyun fevralın 4-də keçiriləcək.

Bundan bir gün öncə isə Niger və Madaqaskar komandaları üçüncü yer uğrunda oyunda üz-üzə gələcəklər.

Xatrıladaq ki, qitə birinciliyi ilk dəfədir Əlcəzairdə təşkil olunur.

Afrika Millətlər Kuboku Yarımfinal 31 yanvar

Əlcəzair – Niger 5:0 Qol: A.Abdellaui, 15. Mahius, 23; 34. Bureyma, 45-öz qapısına. Bayazid, 83.

Seneqal – Madaqaskar 1:0 Qol: Diallo, 5.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər