Afrika ən yaxşısını seçəcək - 30 namizəd

Afrika ən yaxşısını seçəcək - 30 namizəd

Afrika Futbol Konfederasiyası qitənin ən yaxşı oyunçusu adına iddialıların siyahısını açıqlayıb.

Fanat.Az KAH-a istinadən xəbər verir ki, qalib konfederasiyanın texniki komitəsi, media nümayəndələri, milli komandaların baş məşqçiləri və kapitanlarının səsverməsi ilə müəyyənləşəcək.

Mükafatlandırma mərasimi iyulun 21-nə planlaşdırılıb.

Afrikanın ən yaxşı futbolçusu adına namizədlər bunlardır: Riyad Mahrez ("Mançester Siti", Əlcəzair), Bertran Traore ("Aston Villa", Burkina Faso), Blati Ture ("Piramidis", Burkina Faso), Edmond Tapsoba ("Bayer", Burkina Faso), Andre-Frank Zambo-Anqissa ("Napoli", Kamerun), Karl Toko-Ekambi ("Olimpik Lion", Kamerun), Vinsent Abubakar ("Əl-Nasr", Kamerun), Yusuf Mşanqama ("Guingamp", Komor adaları), Frank Kessie ("Milan", Fil Dişi Sahili), Sebastyan Allaire ("Ayaks", Fil Dişi Sahili) , Mohamed Abdelmonem ("Əl-Əhli", Misir), Mohamed El-Nenni ("Arsenal", Misir), Məhəmməd Salah ("Liverpul", Misir), Məhəmməd El Şenavi ("Əl Əhli", Misir), Musa Barrou ("Bolonya", Qambiya), Nəbi Keyta ("Liverpul", Qvineya), Aliyu Dienq ("Əl Əhli", Mali), Amari Traore ("Renn", Mali), Yves Bissuma ("Tottenhem", Mali); Əşrəf Hakimi (PSJ, Mərakeş), Sofyan Bufal ("Angers", Mərakeş), Yəhya Cabran ("Vidad", Mərakeş), Yassin Bunu ("Sevilya", Mərakeş), Moses Simon ("Nant", Nigeriya), Eduard Mendi ("Çelsi", Seneqal), Kalidu Kulibali ("Napoli", Seneqal), Nampalis Mendi ("Lester", Seneqal), Sadio Mane ("Bayern Münhen", Seneqal), Saliou Ciss ("Nansi", Seneqal), Əli Maaloul ("Əl-Əhli", Tunis).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər