AFFA 4 klubu cəzalandırdı

AFFA 4 klubu cəzalandırdı

AFFA İntizam Komitəsi "Qəbələ", "Neftçi", "Turan Tovuz" və "Şamaxı"nı cəzalandırıb.

Fanat.Az xəbər verir ki, Misli Premyer Liqasının IX tur oyununda "Qarabağ"la (0:1) matçda azarkeşlərin meydançaya yad əşyalar atması səbəbindən  "Qəbələ" 1 600 manat cərimələnib. Əyalət təmsilçisi müdafiəçi İlkin Qırtımovun ciddi qayda pozuntusu etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün daha 1 600 manat isə ziyana düşüb.

"Neftçi" evdə “Turan Tovuz”la qolsuz heç-heçə etdiyi görüşdə azarkeşlərinin analoji davranışına görə 1 600 manat cərimə ödəyəcək. Qonaq komanda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

"Şamaxı” isə səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olduğu oyunda futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbindən 3 000 manat cərimələnib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər