Maqomed Adıyev "Axmat"ın baş məşqçi postunu tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı Çeçenistan təmsilçisinin rəsmi saytı yayıb.
Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi açıqlanıb.
Xatırladaq ki, 47 yaşlı Adıyev apreldə Premyer Liqa klubu ilə anlaşma imzalamışdı. O, bir müddət "Axmat"da işləyəndən sonra paralel olaraq çalışdırdığı Qazaxıstan millisindən ailə problemlərini əsas gətirərək ayrılmışdı.
Nihat