AÇ: Daha üç qadın güləşçimiz mübarizəyə başlayır

AÇ: Daha üç qadın güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Gültəkin Şirinova 1/4 final mərhələsində Mariya Ferone (İtaliya) ilə üz-üzə gələcək.

57 kq-da yer alan Jalə Əliyeva təsnifatda Aleksandra Xomenetslə (Ukrayna), 65 kq-da çıxış edən Birgül Soltanova eyni mərhələdə Gergana Stoyanova (Bolqarıstan) ilə güləşəcək.

Bu gün həmçinin 55 kq-da Elnurə Məmmədova bürünc medal uğrunda görüşdə Mihaela Samoillə (Moldova), 68 kq-dakı Nigar Mirzəzadə təsəlliverici qarşılaşmada Karolina Kozlovskayla (Polşa) güləşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər