"Çelsi"dən qovulan klubun artıq sabiq sahibi Roman Abramoviç azarkeşlərə vida məktubu ilə müraciət edib.
Fanat.Az "The Telegraph"a istinaxəbər verir ki, 55 yaşlı milyarder klubu təhvil verdikdən sonra belə vidalaşıb: “Çelsi"də 20 illik rəhbərliyim ərzində həmişə klubun mənim öhdəliyimdə olduğunu dərk edərək hərəkət etmişəm. Həmişə klubun maraqlarına uyğun qərarlar vermişəm. Yenə bu dəyərlərə sadiq qalıram. Buna görə də bu gün “Çelsi”nin idarəçiliyini və qayğısını klubun xeyriyyə fondunun qəyyumlarına təhvil verirəm.
İnanıram ki, onlar hazırda klubun, oyunçuların, heyətin və azarkeşlərin maraqlarını təmin etmək üçün ən yaxşı vəziyyətdədirlər”.
Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildən bəri "Çelsi" klubunun sahibi olub.